Marko Rubio ABŞ tarixindəki "qaranlıq ləkə"dən danışdı
27.08.2026

"Keçmiş prezident Co Bayden administrasiyası tərəfindən qoşunların Əfqanıstandan çıxarılması ABŞ tarixində qaranlıq ləkəyə çevrilib".

Visiontv.az-ın  ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bunu  ABŞ dövlət katibi Marko Rubio bildirib.

M.Rubio bu açıqlamanı Kabil hava limanındakı "Ebbi darvazaları"nın ("Abbey Gate") yaxınlığında baş verən, 13  ABŞ hərbçisinin və 160-dan çox dinc əfqanın ölümünə səbəb olan terror aktının beşinci ildönümündə verib.

"Politico" nəşri yazırdı ki, ABŞ hakimiyyəti Əfqanıstan paytaxtında planlaşdırılan hücum barədə partlayışlardan bir neçə saat əvvəl xəbərdar olub.

Xatırladaq ki, Əfqanıstandakı partlayışlar 26 avqust 2021-ci il tarixində baş verib. İlk partlayış Kabil hava limanı ərazisində, ikincisi isə "Baron" hoteli yaxınlığında olub. İŞİD (İslam Dövləti) partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

visiontv.az