Malidə tuareq üsyançıları rusiyalı muzdluların olduğu kolona hücum edib.
12.07.2026

Agentliyin mənbələrinin məlumatına görə, hücum Malinin şimalında baş verib. Anefис istiqamətində hərəkət edən kolonda 100-dən çox Mali hərbçisi və Rusiya Müdafiə Nazirliyinin “Afrika korpusu”na bağlı 200-dən çox muzdlu olub.

RFI mənbələri bildiriblər ki, rusiyalı muzdluların olduğu kolona hücumda təkcə FLA qruplaşmasından olan tuareqlər deyil, həm də JNIM cihadçı qruplaşması iştirak edib.

Hər iki tərəfdən itkilərin olduğu bildirilir, lakin hələlik dəqiq rəqəmlər yoxdur. Üsyançılar bir neçə hərbi texnika və pilotsuz uçuş aparatını məhv etdiklərini iddia edirlər. Mali hərbçiləri və rusiyalı muzdluların da üsyançılara məxsus bir neçə nəqliyyat vasitəsini məhv etdiyi bildirilir.

Döyüşlər davam edir. Kolonun Anefис istiqamətində hərəkəti davam etdirib-etdirməyəcəyi məlum deyil.

Bu həftənin əvvəlində şimala doğru hərəkət edən başqa bir hərbi kolona da oxşar hücum həyata keçirilmişdi.

Strateji əhəmiyyətə malik Anefис şəhərinə nəzarət uğrunda döyüşlər şənbə günündən davam edir.

visiontv.az