Leysan olacaq, dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq - XƏBƏRDARLIQ
08.05.2024

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya  Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.

visiontv.az