Kofe ilə niyə su içmək lazımdır?
05.04.2025

Kofe tərkibindəki kofein səbəbindən sidikqovucu təsir göstərir və bu da bədəndən su ilə yanaşı vacib elektrolitlərin, xüsusilə maqnezium, kalium və natriumun daha sürətli ifrazına səbəb olur.

Nəticədə orqanizmdə dehidratasiya, baş ağrısı, halsızlıq və əzələ spazmları kimi hallar müşahidə oluna bilər.

Bu təsirlərin qarşısını almaq üçün kofe içdikdən sonra bir stəkan su qəbul etmək çox vacibdir.

Su həmçinin mədə turşusunu tarazlayaraq kofenin qıcqırma və narahatlıq yaradan təsirlərini də azalda bilər. Bu, həm bədən, həm də həzm sistemi üçün faydalıdır.

Neandertal

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8