Köçəri mədəniyyətinin yaratdığı bayram...
16.09.2024

Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları böpyük uğurla başa çatdı. Tədbirdə 89 ölkədən gəlmiş 2800 nümayəndə iştirak edirdi. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimqulova öz təəssüratlarını bizimlə belə bölüşdü:

- Türk Mədəniyyəti və İrsi Fondu öz adına sadiq qalaraq, bu dəfə də  türklərin qədim adət-ənənə və mədəniyyətini nümayoiş etdirmək  məqsədi ilə paytaxt Astanada V Dünya Köçəri Oyunlarına qatılmaqdan məmnunluq duyur.  Bizim Fond bu genişmiqyaslı tədbirdə iki böyük türk çadırı- qazaxların dediyi kimi  iki jurta qurmuşdu.  Bu çadırlarda Azərbayacn, Türkiyə , Qırğızıstana aid mədəni və tətbiqi sənət, əl işləri nümayiş olunurdu. Azərbaycandan dəvətli olan İçərişəhər Ənənəvi İncənət ustaları, Qırğızıstandan  saçaq, çadır divarlarını bəzəyən xalçı-xalça toxuyanlar, rəssamlar,  heyvanların buynuzundan, sümüklərindən gözəl sənət əsəri yaradan ustalar, Türkiyədən isə qədim ebru , kalliqrafiya və xəttatlıq, nəqşibəndilik sənətini yaşadan istedadlı və peşəkar sənətkarlar dəvət olunmuşdular. 
Özünüz də gördünüz ki, bizim çadırlara gələn qonaqlar adını saydığım sənət növlərinə necə maraq göstərirdilər. Adından gördüyünüz kimi, Bizim Fond Türk Mədəniyyəti və İrsi Fondu adlanır. Biz türk ölkələri qədim türk  irsinin və mədəniyyətinin qorunması üçün çalışırıq. Və qoruduqlarımızı, aşkara çıxardıqlarımızı dünyanın 89 ölkəsindən və 5 qitəsindən  gələn qonaqlara da yüksək sənətkarlıq nümunələrimizi layiqincə göstərə bildik. Etnoaulda qurulan yüzlərlə çadırın içərisində  çadırlarımızı ziyarət edənlərin heyranlığını görmək məndə qürur hissi yaradırdı. Əslində o çadırlarda nümayiş olunan əl işləri, toxunan tikmələr,  şanırakdan asılıb- yəni bacasından asılıb, çadırların divarına qədər uzadılan tikmələr, bəzəklər türk xanımlarının gözünün nuru, ürəklərinin istisi ilə toxunan əl işləridir. Hər bir elementin öz simvolu, mənası vardır. Xanımlar bu işləmələrlə hər bir elementin insan həyatında, məşətində nə qədər əhəmiyyətli olduğunu göstərməyə çalışıblar. Məsələn, kerekələr—baskurlar, bəzəkli lentlər... şaçaqların hamısını əllə toxunar və bu bəzəklər çadırlardan asılırdı.  Elə elementlər var idi ki, evin sahibi uzaq yerə gedəndə, ova gedəndə şanırakın ortasından həmin bəzəkli işləmələr, zıncirlər asılırdı ki, ova gedən, səfərə gedən evin sahibi, kişisi sağ-salamat qayıtsın. Boz çöllərin sirri və məişətinin uzunömürlü və toxunulmaz olması bu elementlərdən çox asılı idi.
- Aktotı xanım, mənim diqqətimi çəkən Qazaxıstanın Milli Muzeyində keçirilən “Köçərilər: tarix, bilgi , dərslər” adlı elmi praktik konfrans oldu.
-Doğru deyirsiniz. Bu konfransda dünyanın 89 ölkəsindən dəvətli olan 75 alim elmi  məriuzə ilə çıxış edirdi. Məruzələrin hamısında köçərilərin, Böyük çöldə yaşayan türklərin həyat və məişəti, şahlanma dövrü, heyvanları əhilləşdirmə bacarıqları, silah düzəltmələri, incə-zərif zərgərlik məmulatları, geyimləri, kosmopolit ənənələri, inancları, intəhasız çöllərdə ulduz işığına qət etdiklləri yollar və yaratdıqları xəritələr haqqında,  hətta nə yeyib-içdikləri, isti və soyuq səhralarda, çöllərdə ərzaqlarını necə əldə etmələri , saxlamaları haqqında çox maraqlı məruzələr dinlənildi. 3 gün davam edən konfransda 1200 dinləyici iştirak etdi. Bu konfransda ən çox diqqətə və müzakirəyə səbəb olan isə Azərbaycandan  dəvət olunmuş tarix elmləri doktoru Həsən Həsənovun  türk sivilizasiyası, qədim  köklərimiz haqqında elmi məruzəsi oldu.  Böyük adamlar, böpyük auditoriyaları mat qoya bilirlər.
- Köçəri Oyunları çərçivəsində Qazaxıstan dövləti  proqrama 21 oyun  növü salmışdı. Hər bir oyunun da kökü və ənənsi qədim dövrlərə gedib çıxır.
- V Dünya Köçəri Oyunlarının açılış mərasimində qonaqalrı Qazaxıstan Prezidenti Kasım Comərd Tokayev salamladı. Onun çıxışında maraqlı bir məqam var idi. Dedi ki, biz əvvəllər xalqalrımıza məxsus olan bu oyunları  Olimpiada adlandırırdıq. Necə deyərlər, köçərilərin Olimpiadası. İndi isə  bu oyunları dünyaya nümayiş etməklə, köçərilərin sivilizasiyasıını göstərir, eyni zamanda , idmanın  birgə hörmət və həmrəylik rəmzi olduğunu  qlobal səviyyədə göstərmək istəyirik.  Qazaxıstan Prezidentinin dediyi kimi, idman həm də sülhə çağırışdır. Yadınızdadırsa, Olimpiada keçirilən ölkələrin bir devizi olardı: “Dünyaya sülh!”. Qazaxıstan da, bütün türk dövlətləri də hər zaman bu arzu ilə yaşayıb və bəşəriyyətə gərəkli olan bu arzunu həyata alnıaçıq, üzüağ keçiriblər.   Köçəri Oyunlarında ali qonaq kimi iştirak edən Dünya Etnospor Konfederasiyasının  prezidenti Nəcməddin Bilal  Ərdoğan da öz çıxışında qeyd etdi ki,  Astanada böyük möhtəşəmlik və qələbəliklə keçirilən Dünya Köçərilərinin Oyunları milli idman növlərinin birləşdirilməsini ideya kimi bir araya gətirən  çox mühüm hadisəsir. Biz bununla ümumi mədəniyyətimizi qoruyur və gələcək nəsilə ötürürük. 
Belə möhtəşəm tədbirlərin keçirilməsi, 5 qitədən gələn qonaqların türk çadırlarında bir araya gəlməsi, türk torpaqlarında  yarışan atların  ayaq səslərinin səslənməsinin özü türk sivilizasiyasının və mədəniyyətinin harmoniyasıdır. Bu oyunlarda at üstündə təkcə batırlarımız deyil, eyni zamanda  boylu-buxunlu gözəl xanımlarımız, qızlarımız da yarışırdılar. Təsadüfi deyil ki, 21 növ  çölçü və köçəri oyunlarında  100 medal dəsti qazanıldı. Əslində burada iştirak edən ölkələrin hamısı qalib idi. Amerikadan, Kanadadan, Yaponiyadan, Argentinadan, Avropadan gələn qonaqları həm də  “Püt”,”Jambı” “Qalxan” oyunlarında  atı çaparaq  hədəfə ox, nizə atan türk qızları heyran etdilər. Onların hər birinin at belində şahhanə oturuşu, hədəfə atdığı ox və nizələrin yan keçməməsi də bir başqa sevinc və heyranlıq yaradırdı.
-Elmi konfransda həm də Köçəri Oiyunlarının fəlsəfəsindən danışıldı. Bu fəlsəfəninin nədən ibarət olduğu da maraqlıdır.
-Aida xanım,  Türk dünyasının və Böyük Çölün fəlsəfi fikir adamı, tanınmış və unudulmayan şairimiz Abay Kunanbayevin 7 Xəzinə fəlsəfəsi həqiqətən də Köçəri Oyunlarının mayasını təşkil edirdi. Yeddi Xəzinə ənənəvi qazax dünyagörüşündə fəlsəfi anlayışlardan biridir. Qazax xalqı Yeddi Xəzinəni insanın həyatı ilə əlaqələndirir və onun konsepsiyasına aşağıdakıları aid edir:
1. batır- yəni igid ər;
2. gözəl və ağıllı qadın;
3. ov tazısı ;
4. Beren tapançası—qədim dövrdəki tapançanın adı idi. Yəni silah. 
5. köhlən  at;
6. ağıl və bilik;
7.bir də berkut- yəni qartal. 
Qazax xalqının Yeddi Xəzinəsi həm də  “Yeddi əməl ”ə deməkdir.
Siz özünüz gördünüz ki,  hər çadırın qarşısında outran milli geyimdəki, boylu-buxunlu, iri cüssəli oğlanlar, gözəl bayan-qızlar belə qollarında qartal tutmuşdular. Yanlarındakı tazı iti tumarlayırdılar. Atın da alınından öpürdülər. Bu heyvanlar hər zaman türkün və Böyük çöl oğlunun yol yoldaşı olublar. Təsadüfi deyil ki,  bu günlərdə qazax xalqının istəyi ilə Tazı cinsli it qazaxların və türk xalqlarının  mədəni-məişətinin iti kimi  dünyanın qeyri-maddi irs siyahısına daxil edildi.
-Aktotı xanım,  “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri kimi sizin dəvətinizlə gəldiyim bu möhtəşəm tədbirdən böyük zövq aldım. Burada görüb, müşahidə etdiklərim  birliyin gələcəkdə İpək Yolu üzərində yerləşən ölkələrdəki mədəniyyət tariximizi incələməyə, araşdırmağa çox yardım edəcək. Ata Yurdum Qazaxıstandan isə Azərbaycana dombrada çalınan çöl musiqilərini, at dırnaqlarından qopan səsləri, qartalların burada keçirilən ov yarışlarında göy səmada göstərdikləri uçuşlarının yaratdığı mənzərələrin təəssüratını aparıram.  Türk yurduna dünyanın hər yerindən gələn adlı-sanlı , şöhrətli qonaqlar Qazaxıstanda türk elllərinin  çadırlarında çaldıqları toydan, şadyanalıq və sevincdən evlərinə pay aparacaqlar. Qoy dünyada sülh olsun. Biz də əl-ələ verərək. bu sülh nəğmələrinə, çağırışlarına öz töhfələrimizi verək!
-Çox sağ olun, Aida xanım, Yaşasın sarsılmaz birliyimiz! Yaşasın Türk Elləri!
-Qazaxlar demiş, Birgə bolaq, xanım Aktotı Raimqulova.

Aida Eyvazlı Göytürk.

visiontv.az