Kobaxidze Paşinyanla sülh prosesinin gedişini müzakirə edib
30.01.2025

İrəvanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki,məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, təkbətək görüş zamanı iki ölklə arasında strateji tərəfdaşlıq münasibətləri, həmçinin hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə ediləcək məsələlərə nəzər salıblar. Qeyd olunub ki, tərəflər regiondakı mövcud vəziyyətə və sülh prosesinin gedişinə diqqət yetiriblər. İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib və bunun ölkələrin inkişafı gələcək üçün zəruri olduğunu qeyd edib.



Gündəlik

slide 10 to 13 of 8