KİV: Almaniya Ukraynaya zirehli maşınların göndərilməsini dayandırıb
22.04.2024

Almaniya Ukraynaya “MRAP” zirehli maşınlarının göndərilməsini dayandırıb.

Visiontv.az  “Bild” nəşrinə istinadən xəbər verir ki, əsas səbəb istehsalçı müəssisə olan “Flensburger Fahrzeugbau GmbH”nin ehtiyat  hissələrini  ABŞ-dən idxal etməsidir.

Ölkə hökuməti bir qədər əvvəl Ukrayna ordusuna dövlət büdcəsindən ayrılacaq 315 milyon avro müqabilində 400 ədəd ağır tonnajlı zirehi avtomobil göndərməyi öhdəsinə götürüb.

Müqaviləyə əsasən, cari ilin yanvarından oktyabr ayınadək təchizata başlanılmalı olsa da, indiyə qədər şərtlər yerinə yetirilməyib. Buna səbəb kimi ABŞ-nin müəssisəyə ehtiyat hissələri göndərməkdən imtina etməsi olub.

visiontv.az