Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub
22.10.2024

İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.

FHN-dən Visiontv.az-a verilən məlumata görə, oktyabrın 22-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib.

Görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub