Türkiyənin keçmiş prezidenti Abdullah Gül İran rəsmilərinə ABŞ ilə razılaşmaq imkanını əldən verməmək çağırışı edib.
Gül “Project Syndicate” nəşrində dərc olunan məqaləsində ABŞ və İsrailin İrana birtərəfli hücumunu beynəlxalq legitimlikdən məhrum addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu hücum regionda qeyri-sabitliyi artırıb və geniş iqtisadi nəticələrə səbəb olub.
Gül bildirib ki, İran hakimiyyəti maksimalist strategiyaya sadiq qalmaqla yanaşı, qısamüddətli güzəştlərlə uzunmüddətli qazancları qarışdırmamaq üçün diqqətli olmalıdır. O, Tehranın ABŞ ilə razılaşma imkanlarını dəyərləndirməsinin vacibliyini vurğulayıb.
Keçmiş prezident, habelə, İranın cavab tədbirlərinin regiondakı ABŞ və İsrail obyektlərinə yönəldiyini, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırıldığını və bunun enerji qiymətlərinin artması fonunda digər ölkələr üçün iqtisadi nəticələr yaratdığını qeyd edib.
visiontv.az