Avropa İttifaqı “Aspides” dəniz missiyasının mandatını dəyişə bilər.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Hörmüz Boğazının açıq qalması Avropa İttifaqının maraqlarına uyğundur və birlik bu həyati əhəmiyyətli dəniz nəqliyyatı marşrutunun açıq qalmasını təmin etmək üçün Aİ-nin nə edə biləcəyi müzakirə olunacaq.
Qeyd edək ki, “Aspides” Avropa İttifaqı tərəfindən Qırmızı Dənizdə gəmilərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün yaradılmış missiyadır.
visiontv.az