İsrailin təkbaşına İrana genişmiqyaslı hücumu mümkün deyil
İsrailin təkbaşına İrana genişmiqyaslı hücumu mümkün deyil
12.10.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

İranın İsraili kütləvi şəkildə ballistik və səsdən sürətli raketlərlə vurması İsrailin mövcudluğunu təhlükəyə atır. İsrail strateji dərinliyi olmayan kiçik bir ölkədir. İran raketlərini rahat şəkildə İsrail ərazisində bütün hədəflərə yüzlərlə raket atarsa, havadan müdafiə sistemləri çətinliklərlə üzləşir.

İki dəfə İran raketlərlə İsrailə hücum etdi. Təbii ki, İsrailin hərbi və strateji obyektlərində dağıntılar var.

ABŞ İsrailin təhlükəsizliyini və müdafiəsini təmin etməzsə, İsrailin mövcudluğu sual altındadır. Ona görə də İsrail və ABŞ Yaxın Şərqdə İranı cilovlamaq və proksi qüvvələrini sıradan tam çıxarmaq istiqamətində əməliyyatlar aparır. Bu, Yaxın Şərqdə yeni siyasi nizamın yaradılmasını ehtiva edir.

İsrail İrana cavab zərbəsi endirmək istiqamətində ABŞ -la danışıqlar aparır.

ABŞ İrana birbaşa deyil, Suriyada hərbi və strateji obyektlərinə kütləvi zərbələr endirməsinə icazə verəcək. İsrailin təkbaşına İrana genişmiqyaslı hücumu mümkün deyil. Bu, ABŞ-ın daxil olduğu geniş müharibəyə gətirib çıxara bilər.

Məhəmməd Əsədullazadə

visiontv.az