İsrail Livana aviazərbələr endirib
13.04.2024

İsrail Livana aviazərbələr endirib

İsrail hərbi aviasiyası səhər saatlarında Livanın cənub-şərqinə aviazərbələr endirib.

APA-nın  “Al Jazeera“ telekanalına istinadən xəbərinə görə, bu addım həmin ərazinin “Hizbullah” terror təşkilatının dayaq məntəqələrindən biri olması ilə əsaslandırılıb.

Dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.

visiontv.az