İsrail İrana bağlı terrorçunu öldürdü
04.10.2024

İsrailin hərbi hava qüvvələrinin hücumu nəticəsində İrandan Hizbulla terror təşkilatına silah və sursat çatdırma bölməsinin komandiri Məhəmməd Cəfər Qəsir həlak olub.

Bu barədə İsrail ordusunun məlumatında bildirilib.

Qəsirin İranın Livan və Suriyada ən əhəmiyyətli adamlarından biri olduğu qeyd olunub.

O, Hizbullahın dəqiq raket layihəsininin müəllifi olub və İsrail ordusunun arxa cəbhəsi, həmçinin İsrail Dövləti daxilində müxtəlif hədəfləri vurmağa yönəlmiş Hizbullahın atəş imkanlarının inkişafını təmin edib.

visiontv.az