İsrail Hizbullahın obyektlərinə zərbələr endirməyə davam edir
28.04.2024

İsrail Silahlı Qüvvələrinin paylaşdığı açıqlamada bildirilir ki, Dov dağına raket atıldıqdan sonra qırıcı təyyarələr Livanın güneyindəki Hizbullah obyektlərinə zərbələr endirib.

Bütün gecə boyu İsrail qırıcıları Livanın güneyindəki Kfarçuba bölgəsindəki Hizbullah infrastrukturuna, eləcə də Markabadakı obyektlərə zərbələr endirib.

İsrailin zərbələri Livandan iki tank əleyhinə raketin Dov dağı bölgəsinə buraxılmasından sonra endirilib.

İsrail Silahlı Qüvvələri Hizbullahın məntəqələrini artilleriya atəşinə  tutub. Hizbullahın Şebaa regionunda yerləşdirdiyi reaktiv yaylım atəş sistemi də İsrailin dəqiq tank atəşi ilə zərərsizləşdirilib.

visiontv.az