İsrail Dəməşqdə SEPAH-ın və Hizbullahın istifadə etdiyi binaya zərbə endirib
04.10.2024

İsrailin hərbi hava qüvvələri Suriyanın paytaxtı Dəməşqdə SEPAH komandirləri və Hizbullah nümayəndələrinin istifadə etdiyi binaya zərbə endirib.

Bu barədə Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

Hücum nəticəsində 3 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilib.

Ölən və yaralananların kimliyi və hansı ölkəyə mənsub olduqları barədə  məlumat verilməyib.

visiontv.az