Əsəd rejiminin süqutundan bu yana İraq hökuməti ABŞ sanksiyalarında olan İran hökumətinə bağlı terrorçulara sığınacaq verib.
Əsəd rejiminin süqutundan bu yana İraq hökuməti Amerika sanksiyalarında olan İran hökumətinə bağlı terrorçulara sığınacaq verib.
Bu barədə Vaşinqton İnstitutunun hesabatında yazılıb.
"İraq hökuməti, Əfqanıstan və Pakistan vətəndaşlarından olan "Fatimiyyun" və "Zeynəbiyun" qruplaşmalarının yüzlərlə üzvünə sığınacaq və maddi dəstək verib",- deyə hesabatda bildirilib.
Qeyd edək ki, adı çəkilən hər iki qruplaşmanı SEPAH əfqanstanlı və pakistanlı radikal şiyələrdən təşkil verib.
"Fatimiyyun" və "Zeynəbiyun" qruplaşmalarının üzvləri, xaricdə Tehran lehinə müharibələrə qatılmaqla yanaşı, İran daxilində də müxaliflərə və etirazçılara qarşı repressiyalarda iştirak edirlər.
visiontv.az