İran Dövlət Televiziyasının keçmiş rəhbəri və məşhur jurnalist Məhəmməd Sərafraz, ölkədə gedən kütləvi etirazların qanla yatırılmasına diqqət çəkərək “X” hesabında paylaşım edib.
“O qədər qan tökülüb ki, artıq həqiqəti uydurma hekayələrlə gizlətmək mümkün deyil”, - deyə, Sərafraz paylaşımında vurğulayıb.
Qeyd edək ki, Sərafrazın bu açıqlaması, İslam Respublikasının repressiyaları və etirazçıların qətli ilə bağlı ictimaiyyət arasında artan narazılığı bir daha göstərir.
visiontv.az