İranın xeyrinə casusluqda ittiham edilən Qüds sakini İsraildə həbs edilib
23.12.2024

İsrailin Ümumi Təhlükəsizliyi Xidməti (Şabak) və ölkə polisi bildirib ki, İran hökumətinin kəşfiyyat rəsmiləri ilə əməkdaşlıqda şübhəli bilinən və terror əməliyyatları planlaşdıran bir nəfər həbs edilib.

Məlumata görə, Qüdsdən olan 23 yaşlı Ardler Amoel pul qarşılığında İranın kəşfiyyat qüvvələrinin göstərişi ilə İsraildə təhlükəsizlik missiyaları həyata keçirib.

Qeyd olunub ki, Amoel İran casusu kimi müxtəlif tapşırıqları, o cümlədən silah almaq, siyasi mesajlar yaymaq, Qüdsdə yüngül relsli nəqliyyatda daxil olmalq mühüm infrastruktura dair məlumat toplamaqla məşğul olub.

visiontv.az