İranın vitse-prezidenti: Urmiya gölünün dirçəldilməsi üzrə səylər nəticə verməyib
02.02.2026

Urmiya gölünü nəyin bahasına olursa olsun dirçəltməliyik.

APA İran mediasına istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Mohəmməd Reza Aref deyib.

“Son 20 il ərzində Urmiya gölünün dirçəldilməsi ilə bağlı vahid bir proqram həyata keçirmişik. Bu məsələdə dost ölkələrdən də kömək almışıq. Səylərimizə baxmayaraq, əhəmiyyətli irəliləyiş əldə edə bilməmişik”, - birinci vitse-prezident qeyd edib.

O, gölün quruması səbəbilə yaranan qum və toz qasırğalarının əhalinin sağlamlığına və ətraf mühitə ziyan verdiyini əlavə edib.

“Son 10 ildə yerinə yetirilən layihələrin nəticələrini qiymətləndirdikdə, suyun səviyyəsində hiss oluna biləcək artım qeydə alınmayıb”, - Aref bildirib.

Visiontv.az