İranın molla rejimi yalançı və qorxaqdır: Elə Pezeşkianın özü də qorxaqdır
İranın molla rejimi yalançı və qorxaqdır:  Elə Pezeşkianın özü də qorxaqdır
14.11.2024 Bəybala Mirzəyev Tərəfindən

Rəsmi Tehran ötən həftə bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkian COP29-da iştirak edəcək. Lakin son nəticədə onu gördük ki, İranın molla rejimi yalançıdır. Və həm də qorxaqdır.

Elə Pezeşkianın özü də qorxaqdır.

Pezeşkian Xamenei rejiminin anti-Azərbaycan siyasətini qıra bilmədi. Baxmayaraq ki, onun buna şansı və imkanı vardı. O, bu şansı seçkiöncəsi təbliğat kampaniyası zamanı İranın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmasının vacibliyi barədə etdiyi çıxışları ilə, molla rejimini bu fikirləri dinləməyə vadar etməsi ilə qazanmışdı.

Lakin Pezeşkian inaqurasiya mərasimində and içib prezident kürsüsünə əyləşdikdən sonra Xameneinin və SEPAH-ın cızdığı “oyun qaydaları”nı qəbul etməklə öz sələflərinin – İranın əvvəlki prezidentlərinin yoluyla getmək xəttini seçdi. Yəni ki, özünü ali dini liderin hökmü, boyunduruğu altına saldı.

Bu boyunduruq isə onu Azərbaycana qarşı ənənəvi fars-molla düşmənçiliyinə kökləyəcək.

Və budur, həmin düşmənçiliyin əyani təzahürü COP-a münasibətdə ortaya çıxdı. Pezeşkianın Bakıya gəlməyə, COP29-un Liderlər Zirvəsinə qatılmağa cəsarəti çatmadı. Çünki Xamenei ona icazə vermədi.

İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin Pezeşkianın Bakıya niyə gəlməməsinin səbəbi ilə bağlı açıqlaması isə, ümumiyyətlə, gülüncdür. Belə ki, xanım F.Mühacirani məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirib: “Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərinin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.

F.Mühaciraninin bu açıqlamasındakı ziddiyyət və məntiqsizliyi görürsünüzmü? Pezeşkian hara, İsrail nümayəndə heyəti hara? Əsas səbəb doğrudandamı məhz İsrail amilidir?

Yox, əsas səbəb bu deyil. İsrail amili barədə növbəti yazımda ayrıca danışacağam.

Əgər Pezeşkian həqiqətən də məhz İsrail nümayəndə heyətinin COP29-da iştirakı səbəbindən Bakıya gəlməyibsə, onda məntiqlə İranın vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri də COP29-a qatılmamalıydı. Axı İsrail nümayəndə heyətinin COP-29-da iştirakı İranın prezidenti üçün qeyri-məqbul, vitse-prezidenti üçün isə məqbul ola bilməz. Məqbuldursa, hər ikisi üçün də məqbul olmalıdır. Qeyri-məqbuldursa, yenə də hər ikisi üçün qeyri-məqbul sayılmalıdır.

Nə isə, Fatimə Mühaciraninin bu açıqlaması tipik riyakarlıq nümunəsidir.

Pezeşkian isə Bakıya gəlməməyi ilə özünü həm güneylilərin, həm də quzeylilərin gözündən saldı.

Beləliklə, azərbaycanlı Məsud Pezeşkian bu hərəkəti ilə panfarsçılığın sadiq quluna, xidmətçisinə çevrildi.

O, yəqin ki anlayır ki, bundan sonra Azərbaycana səfər etmək hüququnu da itirdi. Söhbət təbii ki, ilk növbədə mənəvi hüquqdan gedir.

Hansı üzlə gələcək ki?

Manqurt Pezeşkian artıq bizim üçün arzuolunan şəxs deyil. İran prezidenti COP29-a gəlməməklə özü-özünü "persona non-qrata"ya (arzuolunmaz şəxsə) çevirdi.

Bir 1 nəfər və mətn şəkili ola bilər

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az