İranın həbs etdiyi britaniyalı cütlük aclıq aksiyası keçirirlər
14.11.2025

İranda həbsdə olan britaniyalı cütlük Krig və Lindsi Formen aclıq aksiyası keçirirlər.

Bu haqda onların oğlu Co Bent BBC-ə müsahibəsində bildirib.

Ana və atalığının qanunsuz həbslərinə diqqət cəlb etmək üçün aclıq aksiyasına əl atdıqlarını deyən Bent, İran məhkəməsinin onlara qarşı irəli sürdüyü ittihamları gülünc adlandırıb.

"Valideynlərim Britaniya və İran hökumətlərinin yadından çıxıb və talein ümidinə buraxılıblar. Onlar ağır şərayitdə saxlanılsalar da, hökumətlər növbəti addımlarını planlaşdırırlar. Bu, hər iki hökumətin əlbir olduğu deməkdir",- Co Bent bildirib.

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və Lindsi Formen cari ilin yanvar ayında İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.

Casusluqda ittiham olunan brtitaniyalılar hazırda Tehranın Evin həbsxanasında saxlanılırlar.

visiontv.az