İranda mobil telefon oğurluğu artıb
08.05.2024

Statistikaya istinadən Tehranda mobil telefonlar oğurluğu artıb

İranın “Fərhixtəqan” qəzetinin xəbərinə əsasən şəhərdə oğurlanmış mobil telefonlar Əfqanıstanda satılır. 

Qəzet polis məmurunun sözlərinə istinad edərk bildirib ki, Tehranın qərb tərəfində oğurluq təxminən 10 gündür ki, artıb. Belə güman olunur ki, bir banda oraya nəzarət edir və gündəlik oğurluqla məşğul olur.

Adı açıqlanmayan məmurun sözlərinə görə Iphone mobilləri tez, 1 həftədən az bir müddətdə, Samsunq və digər markalar isə yaxşı satılmadığına görə Əfqanıstana biraz gec çatdırılır. 

“oğurluq mal alanlar Tehranın cənubunda yerləşən bir parkda hər gün şəhərin oğruları ilə görüşür və həmin mobilləri, təxminən dördə bir qiymətinə alıb Əfqanıstana göndərirlər” qəzet yazıb. 

visiontv.az