İranda hökumət muzdluları yenidən hicab ovuna çıxıb
25.06.2026

İranda sosial mediada yayılan görüntülər ölkədə məcburi hicab qaydaları ilə bağlı yeni gərginlik yaşandığını göstərir.

Məlumata görə, Tehran şəhərinin Mehrabad bölgəsində İslam Respublikasının ideologiyasını dəstəkləyən bir kişi ilə məcburi hicabdan imtina edən qadın arasında mübahisə yaranıb.

Hadisə zamanı həmin şəxsin qadına qarşı sərt ifadələr işlətdiyi, onu qanun pozuntusunda ittiham etdiyi və polis müdaxiləsi ilə hədələdiyi bildirilir.

Qadının isə özünü müdafiə edərək ona yönələn təhqirlərə cavab verdiyi, eyni zamanda qarşı tərəfə daha nəzakətli şəkildə müraciət etməyin mümkün olduğunu, təhqir əvəzinə “xanım, bu geyim tərzi düzgün deyil” kimi ifadələrdən istifadə edilə biləcəyini dediyi qeyd olunur.

visiontv.az