İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında 6, Rəşt şəhərinin Lakan həbsxanasında isə 1 məhkum edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məhbusların 5-i narkotik maddələrin alverinə, 2-i isə adam öldürdüklərinə görə asılıblar.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına kimi İran həbsxanalarında 811 məhbusun edam hökmü yerinə yetirilib.
2024-cü ilin əvvəlindən bu gün kimi isə İran həbsxanalarında edam edilənlərin sayı 2023-cü ildəkindən çoxdur.
visiontv.az