İranda bayram tətilində yol qəzalarında 880 nəfər həlak olub
08.04.2025

İran yollarında son 21 gün ərzində on minlərlə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə yerli media məlumat yayıb.

Bununla yanaşı 60 min nəfərin yüngül, 20 min 109 nəfər isə ağır yaralandığı bildirilib.

İran Ədliyyə Həkimləri Assosiasiyası isə qəzalarla bağlı yaydığı açıqlamada ölümlə nəticələnən qəzaların 50%-nin səbəbinin  keyfiyyətsiz yerli və Çin avtomobilləri olduğunu yazıb.

Qeyd edək ki, vətəndaşlar keyfiyyətsizlik və təhlükəliliyinə görə, İran avtomobillərini  "hərəkət edən tabut" adlandırırlar.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8