İranda azyaşlı qızların ailə qurmasına icazə verildi
10.10.2024

İranda qızların hamilə qalma yaşı ilə bağlı məhdudiyyət ləğv edilib. Bundan sora 15 yaşlı qız uşaqları hamilə qala bilər.

Bu barədə İran səhiyyə nazirinin müavini Əlirza Rəisi məlumat verib.

O, bundan əvvəl tibb kitablarında bu yaşda qızların hamilə qalması barədə “təhlükəli vəziyyət” sözünün “xüsusi diqqətə ehtiyacı olan” ifadəsi ilə dəyişdirildiyini deyib.

Qeyd edək ki, bundan əvvəl Əli Xamenei başda olmaqla İran rəsmiləri, xüsusilə din xadimləri əhalinin sayının artırılması üçün erkən evliliyin təbliği ilə bağlı göstərişlər veriblər.

Azyaşlıların evlənməsi üçün İran hökuməti xüsusi imtiyazlar və əvəzsiz kreditlər də nəzərdə tutub.

visiontv.az