BMT İnsan Hüquqları Şurasının fevralın 23-də başlayacaq iclasında İranın xarici işlər naziri Abbas Əraqçının çıxışı ləğv edilib.
Bununla bağlı, BMT-nin icraçı direktoru və beynəlxalq hüquqşünas Hillel Neuer “X” hesabında məlumat yayıb. O bildirib ki, İranın xarici işlər nazirinin adı rəsmi natiqlər siyahısından çıxarılıb.
Neuerin sözlərinə görə, qərar Əraqçının tədbirə dəvət olunmamasını tələb edən və İsveçrə polisindən onun insanlığa qarşı cinayətlərə görə həbsini istəyən 100 mindən çox imzanın toplanmasından sonra qəbul edilib.
visiontv.az