TRIPP nəqliyyat dəhlizi Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi imkanlar yaradıb. Beynəlxalq tranzit üzrə iranlı ekspert Məhəmmədmehdi Kərimi Qəhi “Mehr News” agentliyinə müsahibəsində bu layihəni İran üçün “qızıl tranzit fürsəti” adlandırıb.
O, bildirib ki, Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunan razılaşma Cənubi Qafqazın tranzit xəritəsini dəyişə və İran mallarının yeni marşrutlarla daşınmasına şərait yarada bilər.
Ekspertin sözlərinə görə, layihə yalnız infrastruktur deyil, həm də bölgədə yeni Şərq–Qərb tranzit oxu yaradır.
Bildirilib ki, dəhlizin istismarı səhmlərinin 74 faizi ABŞ-yə , 26 faizi Ermənistana məxsus olan TRIPP şirkətinə 49 illik güzəştlə həvalə olunacaq.
Ekspert hesab edir ki, Ermənistanın Azərbaycanın əsas bölgəsi olan Naxçıvan vasitəsilə İran, Azərbaycan üzərindən isə Rusiya dəmir yollarına qoşulması Tehranın regional tranzit rolunu gücləndirə bilər.
visiontv.az