Bölgədəki bütün sui-qəsdlərin, zorakılıqların və iğtişaşların arxasında İslam Respublikası dayanır. Amerika və İsrail Ayətullahın nüvə silahı əldə etməsinə və İslam rejiminin bölgədə iğtişaşlarını artırmasına mane olacaq.
Bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio dünən İsrailin baş naziri Benyamin Netaniyahu ilə keçirdiyi birgə mətbuat kpnfransında deyib.
Onlar regionda İslam Respublikasının təhlükəsi ilə mübarizə aparmağın vacibliyini vurğulayıblar.
Baş nazir Benyamin Netanyahu isə bildirib ki, İsrail HƏMAS-a qarşı müharibənin başlamasından ötən 16 ay ərzində İslam rejiminə ağır zərbə vurub. O, Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağına şübhə etmədiyini söyləyib.
“Biz bir çox mövzuları müzakirə etdik, lakin heç biri İrandan vacib deyildi. İsrail və ABŞ İran təhlükəsi ilə üzləşəndə çiyin-çiyinə dayanırlar. Biz razıyıq ki, ayətullahların nüvə silahı olmamalıdır”, - Netanyahu bildirib.
visiontv.az