İran parlamentinin üzvü Təbrizdə əxlaqsız hərəkətinə görə döyülüb
07.10.2024

İran parlamentinin üzvü Təbrizdə ailəli qadına qarşı əxlaqsız təklifinə görə ağır şəkildə döyülüb.

Bu barədə yerli sosial media platformalarında məlumat yayılıb 

Qərbi Azərbaycan əyalətinin Makı şəhərindən İran parlamentinə təyin edilən kürd əsilli millət vəkili Ömər Əlipur Təbrizdə ailəli qadına qarşı cinsi zorakılığa cəhd zamanı həbs edilib.

Məlumata görə, millət vəkili yardım adı ilə və qonaq kimi ilə evə daxil olduqdan sonra qadına əxlaqsız təklif edib.

Qadın onun evdən çıxmasını tələb etsə də kürd əsilli millet vəkili ona qarşı zorakılıq edib.

"Həmin vaxt qadının Həyat yoldaşı evə girib, Ömər Əlipuru döyüb və polis çağırıb",- deyə məlumatda bildirilir.

Qeyd olunub ki, millət vəkili polisə aparılsa da, hakimiyyətdəki himayəçilərinin səyi nəticəsində sərbəst buraxılıb.

Onun məsuliyyətə cəlb edilməmesində Qərbi Azərbaycan əyalətində SEPAH-ın himayə etdiyi kürd əsilli narkobaron Naci Şərif Zindəştinin də rol oynadığı deyilir.

visiontv.az