Türkiyə mediası ölkəyə qaçaqmalçılıq yolu ilə İran istehsalı olan Botoks yaxmasının gətirildiyini və insanlarda fəsadlar törətdiyini bildirib.
CNN Türk xəbər şəbəkəsi bildirib ki, həmin Botoks vasitəsi Türkiyədə istifadəsi üçün təqsidqlənməyib və rəsmi kanallarla ölkəyə idxal olunmur.
Hürriyyət qəzeti də ölkənin gözəllik salonları və müəssisələrində istifadə olunan İran botoksunun təhlükələri barədə məlumat yayıb.
Qəzet və CNN Türk bildiriblər ki, İranda istehsal olunan Botoks dünya üzrə səhiyyə standartları ilə uzlaşmır və istifadəçidə kirpik sallanması, eybəcərləşməsi, ikili görmə və görmədə pozuntu ilə nəticələnnir.
Qeyd edək ki, Botoks gözəllik salonlarında üzün müxtəlif sahələrinə inyeksiya edilməklə qırışları qaldırır. Bu vasitə ticarətdə “Botulinum Toxin” adı ilə dərini gözəlləşdirmə və gəncləşdirilməsi məqsədi ilə istifadə olunur.
visiontv.az