İran hər şeydən çox öz xalqından qorxur
13.08.2026

Bunu ABŞ prezidentinin keçmiş xüsusi nümayəndəsinin müavini Morgan Ortaqus deyib.

O, danışıqların nəticəsiz qalmaqda davam etdiyi bir vaxtda ABŞ sanksiyaları və blokadanın yaratdığı artan iqtisadi təzyiqin Tehranın seçim imkanlarını azaltdığı barədə xəbərdarlıq edib.

Ortaqus “Bloomberg”ə müsahibəsində deyib: “İran rejimi hər şeydən çox öz xalqından qorxur. Razılaşma əldə olunmadan keçən hər gün iqtisadi təzyiqi artırır. Sanksiyalar tətbiq olunur, blokadanın effektiv olduğu görünür və bütün hərbi variantlar hələ də masadadır.”

visiontv.az