Yerlipərəstlik sadəcə “öz bölgəsini sevmək” deyil, həm də kollektiv kimliyin qorunma mexanizmidir. Sosial psixologiyada bu, ingroup bias adlanır, yəni insanın öz mənsub olduğu qrupa daha çox etibar və dəyər vermə meyli.
Azərbaycan cəmiyyətində bu meyil tarixi və mədəni baxımdan güclüdür. Ölkə əsrlər boyu bir neçə mədəni-siyasi mərkəzə bölünüb: Naxçıvan, Qarabağ, Qazax, Gəncə, Şirvan, Bakı və s. Hər bölgə öz şəxsiyyətlərini “bizim dəyərlərimiz” kimi qəbul edir.
Bu davranışın kökündə qürur və mənsubiyyət hissi dayanır. İnsan üçün “mən kiməm?” sualı çox vaxt “haralıyam?” ilə cavablanır. Lakin sağlam kimlik üçün bu duyğu bəşəri baxışla balanslaşmalıdır, çünki bölünmüş qürur yox, paylaşılmış dəyərlər milləti gücləndirir.
Neandertal
visiontv.az