İbrahim Rəisinin ölümünün sirləri: sui-qəsd, siyasi təxribat, yoxsa qəza?
21.05.2025

“Deutsche Welle” yazır ki, bir il öncə mayın 19-da İranın keçmiş prezidenti İbrahim Rəisi və nümayəndə heyətini daşıyan helikopter Şərqi Azərbaycan dağlarında qəzaya uğrayıb. Helikopterdə olanların hamısı həlak olub.

Qəza ilə bağlı rəsmi versiya pis hava şəraiti və sıx dumanın olmasıdır. Ancaq bir çox ziddiyyətlər və qeyri-müəyyənliklər alternativ versiyalara, yəni siyasi təxribata, İsraili sui-qəsd cəhdinə və əşyalarını helikopterə qoyub son anda başqa helikopterlə gedən İranın keçmiş yol və şəhərsalma nazirinin müəmmalı addımlarına səbəb olur.

Bəzi iranlı millət vəkilləri birbaşa İsrail və ABŞ-ni ittiham edir, ancaq hakimiyyət bu cür versiyaların yayılmamasını tələb edir. İctimaiyyət və ziyalıların bir hissəsi hələ də rəsmi versiyaya şübhə ilə yanaşır.

visiontv.az