Hitlerin sərvəti ölümündən sonra kimə qaldı?
16.11.2025

ngilis Kəşfiyyat Xidmətində çalışan alman-yəhudi Herman Rotman 1945-ci ilin səhər tezdən oyadıldığında, qarşısında onu necə qəribə bir vəzifənin gözlədiyindən xəbərsiz idi. O, həmçinin, Nasist Təbliğat Naziri Yozef Qebbelsin mətbuat katibi Haynts Lorenz adlı bir zabitin saxta şəxsiyyətlə tutulduğunu da bilmirdi. Müttəfiq Kəşfiyyat Komitəsində 1945-ci ildə Hitlerin ölümünü araşdıran kapitan Hyu Trevor-Roperin dediyinə görə, bir keşikçi Lorenzin çiyninə toxunduqda onun pencəyinin içində bir neçə sənəd hiss etmişdi. Pencəyin çiyin altlıqlarına gizlədilmiş bu sənədlər araşdırıldıqda, onların Hitlerin katibi Martin Bormann tərəfindən Lorenzə verildiyi və Berlin şəhərindən gizlicə çıxarılması üçün tapşırıldığı müəyyənləşdi.

Bu sənədlər, şəxsən Adolf Hitlerin vəsiyyəti və son arzuları idi.

Rotmandan başqa daha dörd nəfərə tapşırıldı ki, sənədləri məxfi şəkildə tərcümə etsinlər.

Rotman bu xatirələrini 2014-cü ildə nəşr edilən "Hitlerin Vəsiyyəti" adlı kitabı münasibətilə verdiyi müsahibələrdə bölüşmüşdü.

Onların hamısı yəhudi idi; buna görə də, özlərini məhv etməyə bu qədər qətiyyətlə çalışan bir adamın ölümündən əvvəlki düşüncələrini ilk oxuyanlar arasında olmalarını olduqca ironik hesab etmişdilər.

Sərvəti olmayan bir miras

Hitler son siyasi vəsiyyətində gördüklərinin və planlarının səbəblərini izah etmişdi.

Mətn hər zamankı kimi, yəhudilərə qarşı duyduğu amansız nifrətlə dolu idi.

O, həmçinin özündən sonra qurulacaq hökumətin quruluşunu ətraflı şəkildə təsvir etmiş və yeni kabinet üzvlərini müəyyənləşdirmişdi.

Ancaq maddi sərvətinə dair çox az təfərrüat vardı:

"Mənim sahib olduğum hər şey, əgər bir dəyəri varsa, Partiyaya məxsusdur.

Əgər Partiya artıq yoxdursa, Dövlətə;

Dövlət də məhv olubsa, artıq mənim qərar verməyimə ehtiyac yoxdur."

Hitler bu sözləri 29 aprel 1945-ci il səhəri, saat 04:00-da Berlində diktə etdirərək imzalamışdı.

Ertəsi gün isə intihar etdi.

O, topladığı tabloların "heç vaxt şəxsi məqsədlərlə deyil, yalnız Dunay sahilindəki doğma şəhərim Linzdə bir qalereya qurulması üçün" toplandığını xüsusilə vurğulamışdı.

"Duyğusal dəyəri olan və ya sadə həyat üçün lazım olan əşyalarını" isə qohumlarına və "sadiq iş yoldaşlarına" (məsələn, ev xidmətçisi Anni Vinterə) buraxmışdı.

Hitlerin həyat yoldaşı Eva Braun, Hitlerin dağ evinin yaxınlığında idman edərkən görülür. Braun sianid içərək intihar etdi; Hitler isə bir neçə saat sonra özünü vurdu.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Hitlerin həyat yoldaşı Eva Braun Hitlerin dağ evinin yaxınlığında idman edir. Braun sianid içərək intihar etdi; Hitler isə bir neçə saat sonra özünü vurdu.

Görünən odur ki, Nasist Almaniyasına on ildən artıq rəhbərlik etmiş bu adam, öldüyü zaman böyük bir siyasi miras, lakin maddi baxımdan çox az sərvət buraxmışdı.

Bu da onun xalqa göstərdiyi sadə həyat tərzi imicinə uyğun gəlirdi.

Həqiqətənmi təvazökar idi?

Hitler 1930-cu illərdə və İkinci Dünya Müharibəsi zamanı, faşist ideologiyasının bir parçası kimi tez-tez sadə bir həyat sürdüyü təəssüratını yaradırdı.

İctimaiyyətə görə, pul Führer üçün əhəmiyyətsiz idi; dəbdəbəli bir həyat sürdüyünə dair açıq bir dəlil də yox idi.

Tərcüməçilər belə güclü bir liderin bu qədər az sərvətə sahib olmasına təəccüblənmişdilər.

Rotman deyirdi: "Onun nəhəng bir sərvətə sahib olduğunu düşünürdük."

Və bu dəfə haqlı idilər.

Gəncliyində Vyanada rəssam olmağa çalışarkən yoxsulluğunu tez-tez dilə gətirən bu adam əslində ömrü boyu böyük bir sərvət toplamışdı.

Milyardlarla reyxsmark dəyərində pul

Hitlerin sərvətinin dəqiq miqdarını müəyyənləşdirmək çətindir.

Müxtəlif tədqiqatlar, sənədli filmlər və hesabatlar — poçt markalarında onun şəklinin istifadəsindən tutmuş, iş adamlarından gələn ianələrə qədər — gəlir mənbələrini fərqli formalarda nəzərə alaraq müxtəlif ehtimallar irəli sürüblər.

2005-ci ildə nəşr olunan "Hitlerin Sərvəti" adlı kitabında Kris Uetton bu mövzunu ətraflı şəkildə araşdırmışdı.

Onun fikrincə, 1924–1948-ci illər arasında istifadə edilən reyxsmarkı avro və ya dollara çevirmək özü-özlüyündə çətin idi.

Əsas ehtiyaclar səbətinə əsaslanan "yaşayış xərcləri müqayisə metodu"ndan istifadə edən Uetton belə bir nəticəyə gəlmişdi:

"24 aprel 1945-ci ildə, yəni Berlində intiharından cəmi altı gün əvvəl, Adolf Hitler yəqin ki, Avropanın ən varlı adamı idi; sərvəti 2003-cü il qiymətləri ilə 1,35 milyarddan 43,5 milyard avroya qədər dəyişirdi."

İstər avro, istər dollarla ifadə olunsun, bu rəqəmlər olduqca yüksəkdir.

Eyni zamanda, bu qədər geniş fərq Hitlerin sərvətinin dəqiq miqdarını müəyyənləşdirməyin nə qədər çətin olduğunu da göstərir.

Dağlık ev

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Hitlerin Bavariya Alplarında, Obersalzberg bölgəsində yerləşən ikinci rəsmi iqamətgahı və istirahət yeri — Berghof.

Mövcud maddi sübutların azlığı başqa bir sualı da gündəmə gətirdi: Hitlerin sərvəti hara yox oldu?

ABŞ-ın müharibə dövrü kəşfiyyat orqanı — Strateji Xidmətlər İdarəsi (OSS) tərəfindən aparılan bir araşdırmada, 350 milyon dollardan çox vəsaitin yerləşdiyi hesablar aşkarlanmışdı.

OSS sonradan Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əsasını təşkil etdi.

İllər keçdikcə İsveçrə kimi ölkələrdə Hitlerə aid olduğu iddia edilən hesablar haqqında məlumatlar üzə çıxmağa davam etdi.

Hitlerin Berghof-dakı evi

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Berghof-dakı əşyaların bir qismi, Hitlerin "sadə və təvazökar bir həyat sürmək üçün lazım olan" əşyaları idi.

Ancaq hüquq mühasibləri bildirirlər ki, bu qədər uzun müddət sahibsiz qalan pullar artıq İsveçrə dövləti tərəfindən alınıb.

Buna baxmayaraq, Führerin maliyyə vəziyyəti haqqında bir çox mənbənin razılaşdığı bəzi əsas məqamlar var.

Mənim mübarizəm

Hitlerin ölüm anında malik olduğu sərvətlər arasında Bavariya Alplarındəkı Berghof dağ evi və Münhendəki bir mənzil də vardı.

Lakin gümrük işçisinin oğlu olan və gəncliyində rəssam olmağı arzulayan Hitleri əslində zəngin edən şey kitabı idi.

1924-cü ildə uğursuz "Pivəxana çevrilişi" cəhdi səbəbindən həbs olunanda, kitabını Rudolf Hessə diktə etməyə başlamışdı.

Hitler itlə oynayır

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Hitlerin ictimai imici pulla maraqlanmayan bir adam kimi idi.

Hess sonradan Nasist iyerarxiyasında ikinci adam olacaqdı.

"Mənim mübarizəm" kitabını yazma məqsədlərindən biri, kitab gəlirləri ilə qanuni xərclərini qarşılamaq idi.

Əvvəlcə kitabın adı belə planlaşdırılmışdı:

"Yalanlara, Səfehlərə və Qorxaqlığa Qarşı Dörd il yarım Mübarizə: Milli Sosialist Hərəkətin Yıxıcıları ilə Hesablaşma"

Amma Nasist partiyası rəsmilərindən və yaxın dostu, həm də nəşriyyat rəhbəri Maks Amann, daha qısa və təsirli bir başlıq tövsiyə etdi: "Mənim mübarizəm".

İlk 400 səhifəlik cild 18 iyul 1925-də "Geriyə Bir Baxış" alt başlığı ilə nəşr olundu.

Qalan bölmələr isə "Milli Sosialist Hərəkət" adı ilə 10 dekabr 1926-da ikinci cild olaraq çıxdı.

Kitabın tam versiyası 1930-cu ilin may ayında, populyar bir tək cild olaraq yenidən nəşr edildi.

Adolf Hitler telefonda danışarkən

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Hitler'in kitabdakı müəlliflik gəlirləri çox yüksək idi.

Toy hədiyyəsi və məktəbdə məcburi oxu kitabı

Əvvəldə "Mənim mübarizəm" kitabının satışı olduqca aşağı idi; 1925-ci ildə yalnız 9 min nüsxə satılmışdı.

Lakin Hitlerin siyasi yüksəlişi ilə kitab da məşhurluq qazandı.

1930-cu ildə Nazi partiyası Almaniyanın ikinci böyük siyasi partiyası olmuşdu və həmin il satışlar 50 min nüsxəni keçdi.

Daha sonra "Mənim mübarizəm" məktəblərdə məcburi oxunan kitab halına gəldi; bələdiyyələr yeni evlənən cütlüklərə toy hədiyyəsi olaraq kitabı təqdim etməyə başladılar.

Bu fotoşəkildə Adolf Hitler siyasi məhbus olaraq Landsberg həbsxanasındakı hücrəsində görünür. Hələ "Mənim mübarizəm" kitabını yazmamışdı.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Bu fotoşəkildə Adolf Hitler siyasi məhbus olaraq Landsberg həbsxanasındakı hücrəsində görünür. Hələ "Mənim mübarizəm" kitabını yazmamışdı.

Yalnız 1933-cü ildə kitabın alışı ilə bağlı bir çox alman vətəndaşa təzyiq göstərilməsi sayəsində 1 milyondan çox nüsxə satıldı.

Münhen arxivlərindəki sənədlərə görə, həmin ilin satışları 1 milyon 232 min reyxsmark gəlir gətirmişdi; bu da o dövrdə bir müəllimin illik maaşı olan 4 min 800 reyxsmark ilə müqayisədə böyük bir məbləğ idi.

Vergi

Hitler kitabdan o qədər çox pul qazanmışdı ki, 405 min 494 reyxsmarklıq vergi borcu yığıldı.

Bunu öyrənməyimizə səbəb olan isə cəsur və ya diqqətsiz bir vergi məmuru oldu.

Hitler artıq Almaniya Kansleri olsa da, bu faktura ona göndərilmişdi.

Faktura Maliyyə Nazirliyinə çatdırıldı və qısa müddət sonra belə bir açıqlama verildi:

"Führer vergi ödəməz."

Adolf Hitler 1925-ci ildə nəşr olunan "Mənim mübarizəm" kitabını tanıdan bilbord

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Adolf Hitler 1925-ci ildə nəşr olunan "Mənim mübarizəm" kitabını tanıdan bilbord

Kitab 16 dilə tərcümə edildi və gəlirləri daha da artdı.

Bütün qazanc, nəşriyyat rəhbəri və Hitler'in işlərini idarə edən Maks Amann tərəfindən idarə olunurdu.

Franz Eher Verlag, Nasist Almaniyasının ən zəngin və nüfuzlu nəşriyyatlarından biri halına gəldi.

Şübhəsiz ki, kitab Hitleri çox zəngin etmişdi.

"Partiyaya… Dövlətə"

Hitlerin intiharından və Nasist rejiminin çöküşündən sonra, Müttəfiqlər bütün mal varlığına əl qoydu.

Hitlerin vəsiyyətində yazılan "Sahib olduğum hər şey Partiyaya aiddir" sözləri heç vaxt həyata keçirilə bilmədi, çünki partiya artıq ləğv edilmişdi.

İkinci variant olan "Dövlətə" təhvil vermək də mümkün deyildi; çünki Nasist dövləti də ortadan qalxmışdı.

Hitlerin imzasını daşıyan kitabın bir nüsxəsi.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Hitlerin imzasını daşıyan kitabın bir nüsxəsi.

Son qərar

Müttəfiqlər qərar verdi ki, Hitlerin mal-dövləti rəsmi iqamətgahının yerləşdiyi Bavariya əyalətinə verilsin.

Dağ evi müharibənin sonunda bombalanmış və əsgərlər tərəfindən talan edilmişdi.

1952-ci ildə Bavariya hökuməti "turist cəlb edən məkan" yaranmasının qarşısını almaq üçün binanı tamamilə dağıtdı.

Hitlerin Münhendəki köhnə mənzil binası isə polis bölməsinə çevrildi.

Bavariya idarəsi kitabın müəllif hüquqlarını əlində saxlayaraq onun Alman dili danışılan bölgələrdə və qismən digər yerlərdə yayımlanmasının qarşısını aldı.

Bu hüquqlar müəllifin ölümünün 70-ci ildönümü olan 30 aprel 2015-ci ildə sona çatıb.

Dalia Ventura BBC News Mundo

visiontv.az