Həmədanda iş qəzalarında ölən və yaralananların sayı açıqlandı
25.11.2026

Yeddi ay ərzində Həmədan əyalətində baş verən iş qəzaları nəticəsində 392 nəfər yaralanıb, 30 nəfər isə həyatını itirib.

Bu haqda əyalətin Tibbi Ekspertiza Təşkilatı məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölü sayı 36,4%, yaralananların sayı isə 22,5% artıb.

İşçilərin ölüm və xəsarət almasının əsas səbəbləri kimi hündürlükdən yıxılma, sərt cismin dəyməsi, elektrik cərəyanı vurması, partlayışlar və qazdan boğulma bildirilib.

visiontv.az