Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
Visiontv.az xəbər verir ki, “Əjdərbəy” məscidinin icma sədri, Hacı Həmdüllah Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.
***09:29
Hacı Şahin Həsənli son mənzilə "Məşədi Dadaş" məscidindən yola salınacaq.
Hazırda "Məşədi Dadaş" məscidində vida mərasimi keçirilir.
BAKU.WS