Gənc güneyli məhbus azad olunub
01.05.2024

Güney azərbaycanlı 17 yaşlı Vəhid Əsğəri zəmanət qismində mülk sənədi qoyuluşu ilə barəsində tədqiqatın bitirilməsindək Təbriz şəhəri Mərkəzi Həbsxanasından müvəqqəi azad olunub.

Vəhid Əsğəri martın 6-da Təbriz şəhəri Səhənd mikrorayonunda saxlanılıb. 

Onun nədə ittiham olunduğu barədə məlumat yoxdur. 

Məmurlar onun ata mənzilində axtarış aparmaqla şəxsi lavazimatını, mobil telefonu və komüpterini özləri ilə götürərək təhlükəsizlik idarəsinə aparıblar.

Həbsdə saxlanıldığı müddətdə ancaq bir dəfər ailəsi ilə əlaqə saxlamasına icazə verilib.

Məlumata əsasən 2006-cı il təvəllüdlü Vəhid 12-ci sinif şagirdi və Səhənd mikrorayonu sakinidir.

visiontv.az