Ancaq daha daha çox 10 fevrala görə.
10 fevral 1828-də Türkmənçay müqaviləsi imzalanmışdı.
Elə 26 fevrala və digər 26 fevrallara zəmini də 10 fevral 1828 hazırlamışdı...
Fevral Sezarın Təqvim islahatına qədər qədim Romada ilin son ayı idi.
2-ci ay olması isə o məşhur islahatdan sonra oldu.
Biz fevral ayının da adını ruslardan götürmüşük.
Ruslar isə latın dilindən.
Baxmayaraq ki, qədim rus dilində fevral “lyutıy” (лютый) adlanır.
Bu da “şiddətli”, “kəskin” deməkdir. Şiddətli şaxta, kəskin soyuq yəni.
Avropa dillərinin çoxunda bu ayın adı “Februa” kökündən gəlir.
Latın dilində “Februarius mensis” — “Februa”dan, yəni “Təmizlənmə, paklaşma, saflaşma bayramı” deməkdir. Qədim romalılar son ayın son günlərində böyük bayram şənlikləri keçirir, Februs Tanrısına qurbanlar kəsirdilər.
Fevrala “Baharın müjdəçisi” demək çox yanlış olar, məncə.
Qış davam edir, hələ soyuqdur, çox yerdə şaxta və borandır.
Baharın addım səsləri eşidilmir hələ, ancaq yenə də təbiətdə bir qəribəlik, cüzi oyanmalar sezilməyə başlayır – Tənək quşu ilə arıquşu ilk mahnılarını oxuyurlar bala-bala, qara qarğa yuva qurmağa hazırlaşır, mağarada ayıların doğum sancıları və doğuş təlaşları başlayır.
Fevral Azərbaycan üçün Böyük Çillənin bitməsidir.
Kiçik Çillənin girməsi sevindirir.
İlin son Çərşənbə axşamları başlayır.
Türkcə fevrala “Şubat” deyilir, müasir türk dilinə süryani dilindəki “Şabat, şobat” sözündən keçib.
İbrahim Nəbioğlu
visiontv.az