FƏTH Təşkilatı HƏMAS-ı öldürmə və adam oğurluğunda ittiham edib
24.04.2024

Fələstin Özünü İdarəetmə Təşkilatının siyası qolu FƏTH təşkilatı öz televiziyasında HƏMAS-ı öldürmə və adam oğurluğunda ittiham edib.

Yerusəlim Poçt qəzeti aprel ayının 21-i həmin televiziya verilişini yayıb. Fəthin Televiziyasının aparıcısı HƏMAS-ın humanitar yardımçılara həmlə etdiyini, qida və suları oğurladığını və beləliklə Qəzza zolağında qida maddələrinin kəskin bahalaşmasına səbəb oluduğunu deyib.

“HƏMAS-ın yardımçılara və təhlükəsizliyi təmin edənlərə həmlə etməsi mühribənin ilk vaxtından başlayıb. 
Həmas oktyabr ayının ortalarında məhəllələrdə tanınmış simalara və könüllü yardım qruplarına dalanlar və küçərəldə incitmə etməyə başladı”  Fəth Təşkilatına bağlı televiziya bildirib.

Aparıcı həmin hərəkətlərin səbbələri barədə danışıb.

“HƏMAS 2 səbbədən onlara həmlə edib: Qəzzada hər hansı digər qüvvənin fəaliyyətinin qarşısını alamq və HƏMAS-ın yardımlara və anbarlarda ehtiyatlara nəzarətini təmin etmək ”.

Aparıcı bildirib ki, HƏMAS tərəfindən qidaların anbarlada saxlanılması İsrailin həmin anbarları vurmasından sonra müəyyən edilib. 

Fəth televiziyası sonra bir fələstinli qadının bu barədə danışığını yayıb. 

“Yardımlar hamıya çatdırılmır. Ona görə ki, hamısını öz evlərinə aparırlar. Qoy HƏMAS məni saxlasın, atəş etsin və nə istəyir eləsin” Fələstinli qadın deyib.

Qeyd edək ki, Qəzzada qida maddələrinin kəskin çatışmazlığı yaşanır.

visiontv.az