Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb
25.04.2024

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb.

APA  Ermənistan mediasına istinadən xəbər verir ki,  İrəvan-Meğri  avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda, İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb.

Bundan başqa Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.

Baqrataşendə Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi də bağlıdır.

Vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.

visiontv.az