Belə görünür ki, Ermənistanda bəlkə də bilərəkdən Qərbi Azərbaycana qayıdış məsələsini tezləşdirməyə çalışırlar.
"Bilərəkdən" ona görə deyirəm ki, Moska və Tehran arasında Zəngəzur dəhlizi ilə bağlı çəkişmə də Ermənistana qətiyyən subyekt kimi yanaşılmadığını ortaya qoyur. Və içi qərbdəkilər qarışıq heç bir güc onun gələcəkdə də subyektə çevrilməsini istəmir.
Ermənistan ancaq bir halda özünü əsl dövlət kimi apara bilər ki, onun da yolu necə yüksək milli ləyaqət yiyəsi olduqlarını ikinci Qarabağ savaşı və cənab Prezidentin təbirincə desək, qlobal layları tərpədən digər addımlarıyla təsdiqləmiş azərbaycanlıların Zəngəzura, Göyçəyə, Dərələyəzə, eləcə də digər yurd yerlərimizə qayıtmalarından keçir. Bu prosesin tezləşdirilməsi üçün Milli Məclisdə yeni bir Komissiyanın da yaradılacağı istisna edilmir.
millət vəkili Sahib Alıyev
visiontv.az