Ermənistan MTX II Qareginin arxiyepiskop qardaşının KQB agenti olduğuna dair sənədi yayıb
19.12.2025

Ktriç Nersisyanın (katolikos II Qaregin) qardaşı arxiyepiskop Mkrtiç Nersisyan (Ezras) 1986–1988-ci illərdə SSRİ KQB-si tərəfindən “Karo” ləqəbi ilə əməkdaşlığa cəlb edilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Bildirilib ki, o, bu gün də xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələrini davam etdirir. Qeyd olunub ki, bu da Ermənistanın təhlükəsizliyi üçün risk yarada bilər.

MTX qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüldüyünü açıqlayıb. Açıqlamaya üzərindən məxfiliyi götürülmüş sənəd də əlavə edilib.

Ermənistan MTX II Qareginin arxiyepiskop qardaşının KQB agenti olduğuna dair sənədi yayıb - FOTO