Ermənistan İrana qarşı Qərbin hərbi-kəşfiyyat mərkəzi rolunu icra edəcək
Ermənistan İrana qarşı Qərbin hərbi-kəşfiyyat mərkəzi rolunu icra edəcək
13.03.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi, paralel olaraq bu ölkədə kəşfiyyat orqanlarının fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarır. ABŞ, Fransa və digər ölkələrin hərbi və kəşfiyyat təlimatçıları Ermənistanda yerləşməklə müxtəlif adlar altında Ermənistanda işini təkmilləşdirib, regionda fəaliyyətlərini genişləndirəcəklər. Ermənistanda Qərbin əsas hədəfi Rusiya və İrandı.

Uzun illər Cənubi Qafqaz regionu Qərb üçün cəlbedici olub. Həmçinin İran və Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün region Qərb üçün əlverişli bir mərkəzdir. Ermənistan bu şəraiti onlar üçün yaradaraq öz siyasətini Vaşinqton və Parisə təslim edir. Ermənistan Qərblə Rusiya arasında yeni geosiyasi rəqabət pladsarmıdır. Bir müddətdən sonra İrana qarşı eyni rolu oynayacaq. Qərb Rusiyani Ukraynada yeni bir cəbhəyə çəkib. Bununla Rusiyanın geosiyasi mövqelərini zəiflədir.

Qeyd edim ki, Rusiya və İran eyni platformada yer alırlar və hər iki ölkənin zəiflədilməsi Qərbin strateji planında yer alıb. İrana qarşı Qərb Ermənistan ərazisindən öz fəaliyyət imkanlarını genişləndirəcək. Bundan sonra İranın Ermənistan üzərindən fəaliyyəti tam nəzarət altında olacaq. Demək olar ki, Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək.

Tehran rejimi uzun illər Ermənistanı Azərbaycana qarşı dəstəkləyir. Zəngəzurda konsulluq açmaqla bunu həyata keçirdi. Hazırda Ermənistan İran əleyhinə Qərblə eyni cəbhədə yer almağa çalışır. N. Paşinyan hakimiyyəti Ermənistanda öz imkanlarını səfərbər edən Qərbin fəaliyyətini İrana deyil, Türkiyə və Azərbaycana qarşı olduğunu İran rəsmilərini inandırmağa çalışır. Yerevandan Tehrana səfər edən yüksək çinli rəsmilərə Tehran xəbərdarlıqla kifayətlənir.

Ermənistanın uzun illər əsas strateji müttəfiqi olan Rusiyanı necə pat vəziyyətdə qoyduğunu Tehranda yaxşı görürlər. Ola bilər, Tehranın anti-Azərbaycan siyasəti hələdə Ermənistanda nə baş verdiyini görməməyə çalışırlar. Vaxt və zaman isə, İranın əleyhinə işləyir. Azərbaycan regionda müstəqil siyasət aparaq regionda təhlükəsizliyi və sülhün yaradılmasına çalışır. Bir müddətdən sonra Tehranda Ermənistanın İran necə bir təhlükəli olduğunun fərqində olacaqlar. Tehran başa düşəcək ki, Zəngəzur dəhlizinin açılması məhz İranın təhlükəsizlik imkanlarınada cavab verir.

Məhəmməd Əsədullazadə

visiontv.az