Ermənistan genarallarına etibar yoxdur
Ermənistan genarallarına etibar yoxdur
17.12.2024 Elxan Şahinoğlu Tərəfindən

Bir ölkənin müdafiə naziri il ərzində başqa ölkəyə bir neçə dəfə səfər edirsə, demək həmin ölkə ilə hərbi əməkdaşlığı dərinləşdirməyə və oradan hərbi texnika almağa çalışır. Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfər edib, bu onun il ərzində Parisə ilk səfəri deyil.

Xəbərlərdə Papikyanın Parisə səfəri “işgüzar” adlandırılıb. Bundan bir neçə gün əvvəl Papikyan ABŞ-a da “işgüzar” səfər etmişdi. Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə və bu ölkəyə hərbi texnika, o cümlədən raket sistemləri hazırdır. Ermənistan hökuməti də bunu istəyir, ancaq İrəvan eyni zamanda hələ Rusiyadan tam qopa bilməyib. Ermənistan il ərzində Rusiyadan hərbi texnika almasa da, keçmiş illərdə bu ölkədən aldıqlarının həcmi o qədər böyükdür ki, onları NATO üzvü Fransadan aldığı və alacağı hərbi texnika ilə inteqrasiya etdirmək çətindir. Papikyan baş nazir Nikol Paşinyandan aldığı təlimat əsasında bu məsələləri Parislə razılaşdırmağa çalışmalıdır. Digər tərəfdən Ermənistan genarallarına etibar yoxdur. Paşinyan özü demişdi ki, orduda “5-ci kolon” mövcuddur, yəni erməni zabitlərinin bir qismi Rusiyaya bağlıdır. Həmin zabitlər Ermənistana göndərilən və ya göndərilməsi planlaşdırılan hərbi texnika barədə detallı məlumatları Rusiya hərbi kəşfiyyatına ötürə bilərlər. Paşinyan bu problemi həll etməyib. Vaşinqton və Paris Ermənistanla hərbi sahədə əməkdaşlıq edərkən, İrəvanın Rusiyadan nə qədər uzaqlaşa bildiyini də hesablamağa çalışırlar.

Elxan Şahinoğlu

visiontv.az