Ermənistan-Azərbaycan arasında sülh sazişinə hazırlıq qeyri-sabitliyin aradan qaldırılmasının mərkəzi aspektidir
30.01.2025

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və tərəflər arasında sülh sazişinə hazırlıq Cənubi Qafqazda qeyri-sabitliyin aradan qaldırılması yolundakı addımların mərkəzi aspekti olaraq qalır”.

Visiontv.az  APA-ya istinadən xəbər verir ki, bunu keçirdiyi brifinq zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Mərkəzləşdirilmiş Qərargahının rəisi Andrey Serdyukov deyib.

“Qərb ölkələrinin Cənubi Qafqazda öz nüfuzunu möhkəmləndirmək cəhdləri bölgədə gərginliyə səbəb olur” – deyə, Qərargah rəisi əlavə edib.



Gündəlik

slide 7 to 10 of 8