Ərdəbildə onlarla avtomobil yandırılıb
12.02.2026

İranda keçirilən etiraz aksiyaları fonunda Ərdəbil şəhərində də mitinqlər keçirilib və həmin mitinqlər zamanı onlarla avtomobil yandırılıb.

Bu barədə İran müxalifətinə aid media orqanları məlumat yayıblar.

Həmin məlumatlarda yanğınların ərdəbilli etirazçılar tərəfindən törədildiyi iddia olunub.

Bu gün bu barədə məlumat və videoların dərcindən sonra ərdəlli fəallar bunun həqiqəti əks etdirmədiyi barədə paylaşımlar ediblər.

"Aksiyalar dinc şəkildə keçirilib və hökumətə qarşı müxtəlif şüarlar səsləndirilməsinə baxmayaraq, etirazılar heç bir zoraklığıa əl atmayıblar. Aksiyaları yatırmaq üçün bəhanə axtaran Kəşfiyyat Nazirliyinin əməkdaşları, SEPAH və "Bəsic" üzvləri avtomobilləri yandırıb, iğtişaş törədərək narazılara qarşı atəş açılmasın üçün bəhanə ldə ediblər",- fəallar qeyd ediblər.

Qeyd edək ki, aksiyalar zamanı Ərdəbildə onlarla insanın öldürüldüyü bildirilsə də, hələlik onları bir neçəsinin kimliyi müəyyənləşdirilib.

visiontv.az