Ərdəbil Prokurorluğunun 10-cu şöbəsi Yusif Karinin girov haqqını artırıb
22.11.2024

Azərbaycan Milli Hərəkatının fəalı Yusif Karinin ailəsi girov haqqının 300 milyon tümənə qədər artırıldığını bildirib.

İlkin olaraq fəalın girov haqqı 100 milyon tümən təyin edilsə də sonradan hakim bu məbləği 300 milyon tümənə qədər artırıb.

Xatırladaq ki, Yusif Kari bir müddət öncə alverlə məşğul olarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdi.

Azərbaycanlı fəal polis-təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Ərdəbil şəhərinin 14-cü polis bölməsinə aparılmış və polis bölməsində olan polis əməkdaşları, Rza Hüseynzadə və Əsgər Pənahi tərəfindən döyülmüşdü.

Qeyd edək ki, əvvəllər təhlükəsizlik qurumlarının təzyiqi ilə iş və iqtisadi fəaliyyətinə qadağa qoyulan Yusif Kari öz qazancıcı alver vasitəsilə təmin edirdi.

visiontv.az