Əliyev Zelenskini Bakıya dəvət etdi
23.04.2024

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Visiontv.az  Axar.az -a istinadən xəbər verir ki, bu barədə  Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev X sosial şəbəkəsindəki hesabında məlumat verib.

O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb:

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna  Prezidenti Vladimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.

visiontv.az