Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri şəhər ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə, məktəb və uşaq bağçası binalarına baxış keçirilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan Hotel Kompleksində görülən işlərlə tanış olublar.
Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.